“Sabah”ın mərakeşli müdafiəçisi Sofian Çakla son turda qalib gəlməli olduqlarını düşünür. O, “Neftçi” ilə matçın heç-heçə bitməsini ədalətli saymır.

Futbolinfo.az saytına açıqlama verən legioner matçın 1:1 hesabı ilə bitməsinin səbəblərini bilir: “Fikrimcə, qalib gəlməli idik. Yaxşı imkanlarımız olsa da, dəyərləndirə bilmədik. Rəqib isə əldə etdiyi fürsətdən lazımınca yararlandı və bu oyundan xalla ayrılmağı bacardı”.

Çakla növbəti turda qarşılaşacaqlar “Zirə” barədə də danışıb: “Rəqib cari mövsümdə keçirdiyi bütün oyunlardan qələbə ilə ayrılıb. Bu da bizi çətin oyunun gözlədiyindən xəbər verir. Əlimizdən gələni edəcəyik ki, bu matçdan 3 xalla ayrılaq”.

Shares:
Facebook
Twitter
Telegram
WhatsApp