Transfer dönəminə susqun başlayan “Vest Hem” son günlər keçidləri sıralayıb. İngiltərə klubu indi də Məhəmməd Kudusu düşərgəsinə cəlb etmək üzrədir.

Futbolinfo.az xəbər verir ki, “çəkicdöyənlər” “Ayaks”la ilkin razılıq əldə edib. Futbolçunu da razı salmaq mümkün olsa, amsterdamlılar 41 milyon avro qarşılığında yarımmüdafiəçini buraxmağın əleyhinə deyil. Müqavilədə 3 milyon avroluq bonuslar da nəzərdə tutulub. Üstəlik, Kudusun gələcəkdəki mümkün satışından 10 faiz Niderland klubuna çatacaq.

23 yaşlı oyunçu bir il artırılmaq şərti ilə beş illik müqavilə bağlamalıdır. Üç il öncə 9 milyon avro qarşılığında “Nordselland”dan “Ayaks”a gələn qanalı tezliklə yekun qərarını verməlidir.

Shares:
Facebook
Twitter
Telegram
WhatsApp