“Neftçi”nin transfer etməyə çalışdığı Dieqo Valdes bu gün Bakıya gələcək. Vətənində “Qvayrenya”nın şərəfini qoruyan paraqvaylı məhz bakılılarla anlaşdığı üçün klubu ilə vidalaşıb.

Futbolinfo.az xəbər verir ki, 30 yaşlı hücumçu ilə 2+1 illik müqavilə bağlanması nəzərdə tutulub. Paraqvay millisində də 1 oyun keçirmiş Valdes orta sahədə də oynaya bilir.

Valdesin “Qvayrenya” ilə dekabra qədər müqaviləsi olsa da, Paraqvay təmsilçisi keçiddən qazanc götürməyəcək. Çünki futbolçunun klubla sözləşməsində xaricə azad agent kimi yollanmaqla bağlı bənd var.

Shares:
Facebook
Twitter
Telegram
WhatsApp