“Mançester Siti” yarımmüdafiəçisi Bernardo Silva ilə müqavilənin müddətini uzadıb.

Futbolinfo.az xəbər verir ki, bu barədə İngiltərə klubunun mətbuat xidməti məlumat yayıb.

Silvanın yeni müqaviləsi 2026-cı ilin iyun ayına kimi nəzərdə tutulub.

Qeyd edək ki, portuqaliyalı futbolçu 2017-ci ildən “Siti”də oynayır. Bu müddət ərzində o, klubla birlikdə 15 titul qazanıb.

2022/2023 mövsümündə Silva “Mançester Siti”nin heyətində bütün turnirlərdə 54 oyuna çıxıb, 7 qol vurub və 6 qolun ötürməsini verib.

Shares:
Facebook
Twitter
Telegram
WhatsApp