Macarıstanda keçirilən atletika üzrə dünya çempionatının növbəti günü başa çatıb.

Futbolinfo.az xəbər verir ki, avqustun 23-də dörd dəst medal oynanılıb.

1500 metr qaçış. Kişilər.

1. Coş Kerr (Böyük Britaniya) – 3:29:38.

2. Yakob İnqebrigtsen (Norveç) – 3:29:65.

3. Narva Gilje Nordos (Norveç) – 3:29:68.

400 metr qaçış. Qadınlar.

1. Marileydi Paulino (Dominikan Respublikası) – 48:76 saniyə (milli rekord).

2. Natalya Kaçmarek (Polşa) – 49:57.

3. Sada Uilyams (Barbados) – 49:60.

Dirəklə tullanma. Qadınlar.

1. Nina Kennedi (Avstraliya) – 4,90 metr.

1. Keti Mun (ABŞ) – 4,90 metr.

3. Vilma Murto (Finlandiya) – 4,80 metr.

400 metr maneələrlə qaçış. Kişilər.

1. Karsten Uorholm (Norveç) – 46:89 saniyə.

2. Kayron Makmaster (Britaniya Vircin Adaları) – 47:34.

3. Rey Benjamin (ABŞ) – 47:56.

Bu gün  Budapeştdə daha yeddi dəst medal oynanılacaq. Bizim üçün ən vacibi qadınların çəkicatma yarışlarıdır. Belə ki, həmin yarışda Azərbaycanı təmsil edən Anna Skidan iştirak edəcək.

Avqustun 24-də keçiriləcək yarışların təqvimi:

9:00. Kişilər. İdman yerişi, 35 km.

9:00. Qadınlar. İdman yerişi, 35 km.

21:30. Kişilər. Uzunluğa tullanma. Final

22:26. Qadınlar. Çəkicatma. Final

23:22. Qadınlar. 100 m maneələrlə qaçış. Final

23:35. Kişilər. 400 m. Final.

23:50. Qadınlar. 400 m maneələrlə qaçış. Final.

Shares:
Facebook
Twitter
Telegram
WhatsApp