Lionel Messinin formasını geyindiyi “İnter Mayami” ABŞ kubokunda finala yüksəlib.

Futbolinfo.az xəbər verir ki, komanda “Çinçinnati” ilə yarımfinal matçında penaltilər seriyasında qalib gələrək (3:3, penaltilər seriyası – 5:4) buna nail olub.

Messi sözügedən görüşdə komandasının 2 qolunun ötürməsini verib.

Turnirin finalında “İnter Mayami” “Hyuston Dinamo” – “Real Solt Leyk” cütünün qalibi ilə qarşılaşacaq.

Xatırladaq ki, bundan əvvəl “İnter Mayami” turnirin final oyununda penaltilər seriyasında (10:9) “Neşvill”i məğlub edərək Liqa Kubokunun sahibi olub.

Shares:
Facebook
Twitter
Telegram
WhatsApp