“İnter” Valentino Lazaronu satıb. 2022-ci ildən “Torino”da icarədə olan oyunçu daimi əsaslarla müqavilə bağlayıb.
Futbolinfo.az xəbər verir ki, milanlılar bu transferdən 4 milyon avro qazanıb. Halbuki 2019-cu ildə avstriyalı müdafiəçinin alışı üçün “Herta”ya 23 milyon avro ödənilmişdi.
Bu müddət ərzində “İnter”də özünə yer tapa bilməyən Lazaro “Nyukasl”, Münhenqladbax “Borussiya”sı, “Benfika” və “Torino”da icarədə olmuşdu.