Şimali Koreyanın buraxdığı raket basketbol üzrə dünya çempionatı üçün Yaponiyada məskunlaşan komandaların hazırlıq prosesinə təsir etməyib. Məşqlər qrafikə uyğun davam edib.

Futbolinfo.az xəbər verir ki, dünən KXDR tərəfindən buraxılan raketə görə sirena verilib. Bu zaman 8 komanda hadisənin yaxınlığında – Okinava şəhərində olub. Sloveniya millisi də sirena səsini eşidib. Komandanın lideri Luka Donçiç hadisədən təsirləndiyini etiraf edib. “Çox qorxulu idi. Yata bilmədim”,- deyə ulduz basketbolçu ESPN-in sulaına cavab verib.

Xatırladaq ki, Okinavada Sloveniya ilə birlikdə Almaniya, Finlandiya, Yaponiya, Kabo Verde , Gürcüstan və Venesuela komandaları oynayacaq.

Shares:
Facebook
Twitter
Telegram
WhatsApp