AFFA İntizam Komitəsinin növbəti iclası keçirilib.

Futbolinfo.az xəbər verir ki, Əvəzedicilər Liqanın 3-cü turunun oyunları ilə bağlı aşağıdakı qərarlar qəbul olunub:

“Qəbələ-2” – “Sumqayıt-2” oyununda topdaşıyan və xərəkdaşıyanlar matça təyin edilmiş vaxtdan gec gəldiyinə görə “Qəbələ-2” komandası 80 manat cərimə edilib.

“Qarabağ-2” – “Araz-Naxçıvan-2” qarşılaşmasında ev sahibi komandanın nümayəndəsi oyunöncəsi iclasa gec gəldiyinə görə “Qarabağ-2” komandası 40 manat cərimə edilib.

“Qarabağ-2” – “Araz-Naxçıvan-2” qarşılaşmasında polis nümayəndəsi oyunöncəsi iclasda iştirak etmədiyinə görə “Qarabağ-2” komandası 80 manat cərimə edilib.

“Qarabağ-2” – “Araz-Naxçıvan-2” oyununda “Araz-Naxçıvan-2” komandasının 5 futbolçusu sarı vərəqə ilə cəzalandığına görə “Araz-Naxçıvan-2” komandası 70 manat cərimə edilib.

“Sabah-2” – “Neftçi-2” görüşündən əvvəl “Sabah-2” komandası elektron sistemdə oyunun protokolunu gec təsdiq etdiyinə görə 100 manat cərimə edilib.

“Sabah-2” – “Neftçi-2” oyununda “Sabah-2” komandasının futbolçusu İdris İnqilablı ciddi qayda pozuntusuna görə birbaşa qırmızı vərəqə aldığı üçün 2 oyun cəzalanıb, “Sabah-2” komandası 150 manat cərimə edilib.

“Sabah-2” – “Neftçi-2” oyununda “Neftçi-2” komandasının futbolçusu Rüfət Abbasov təcavüzkar davranışa görə birbaşa qırmızı vərəqə aldığı üçün 4 oyun cəzalanıb, “Neftçi-2” komandası 300 manat cərimə edilib.

“Sabah-2” – “Neftçi-2” oyununda “Neftçi-2” komandasının futbolçusu Həbib İsmayılov ikinci sarı vərəqədən qırmızı vərəqə ilə aldığına görə 1 oyun cəzalanıb, “Neftçi-2” komandası 50 manat cərimə edilib.

21.08.2023-cü il tarixində Əvəzedicilər liqasının III turunun “Sabah-2” – “Neftçi-2” oyununda “Sabah-2” komandasının 5 futbolçusu sarı vərəqə ilə cəzalandığına görə “Sabah-2” komandası 70 manat cərimə edilib.

Shares:
Facebook
Twitter
Telegram
WhatsApp