Lens Stroll Formula 1-də karyerasını bitirə bilər. Pilot bu il komanda yoldaşı Fernando Alonsodan çox geri qalır. İspan pilot 149 xal topladığı halda Strollun cəmi 47 xalı var.

Xatırladaq ki, çıxış etdikləri “Aston Martin” komandasının sahibi Lensin atası Lourens Stroldur.

Britaniyalı jurnalist Ben Andersonun məlumatına görə, Lens peşəkar tennisdə özünü sınaya bilər. “The Race” jurnalının redaktoru Strollun mümkün əvəzedicilərinin adlarını da çəkib.

“O, həmkarından çox geri qalır. Sözsüz ki, komandadan yalnız könüllü olaraq ayrıla bilər, çünki atasının sayəsində müqavilə avtomatik yenilənir. Lensin peşəkar tennisə keçməyi düşündüyü barədə məlumatlar var. Əgər bu baş verərsə, “Aston Martin”də  boş yer yaranacaq.

Nəzəri olaraq, 2024 və ya 2025 mövsümü üçün namizədlər var. Misal kimi Daniel Rikkardo, Aleks Albon və ya Yuki Tsunodanın adlarını çəkə bilərik. Onlar 2026-cı ildən “Aston Martin” üçün mühərrikləri təmin edəcək “Honda” ilə yaxın münasibətdə olan sürücülərdir. Lakin komanda güclü təsir bağışlayan Oskar Piastri kimi digər variantları da istisna etməyəcək”, – deyə Anderson “The Race” podkastında məlumat verib.

Shares:
Facebook
Twitter
Telegram
WhatsApp