“Arsenal”ın sabiq yarımmüdafiəçisi Emmanuel Petir onunla eyni ampluada oynayan iki oyunçunu dəyərləndirib. Fransa millisinin keçmiş üzvü Moyzes Kaysedo və Romeo Laviyanın seçimlərini bəyənməyib.

Futbolinfo.az xəbər verir ki, Petit onların başqa kluba getməli olduqlarını düşünür: “Kaysedo və Laviya “Liverpul”la danışıq aparırdı. Amma son anda hər ikisi “Çelsi”ni seçdi. Axmaqca bir şey deməyəcəyəm, amma məncə seçimlərinin səbəbini hamımız bilirik. İdman tərəfini düşünsəydilər, “Liverpul”a gedərdilər. Şəxsən mən belə edərdim”.

Petit “Çelsi”də vəziyyətin anlaşılmaz olduğunu düşünür: “London klubunda dəqiq br plan yoxdur. Heyətdə 35 oyunçu var. Az qala onların yarısı lazımsızdır. Məncə, keçən mövsümkü kabus təkrarlanacaq. Kaysedo və Laviya pula görə “Çelsi”yə getdi”.

Shares:
Facebook
Twitter
Telegram
WhatsApp