Sərdar Azmun transfer pəncərəsi bağlanana kimi taleyinə aydınlıq gətirmək istəyir. “Bayer”də heyətə düşməyən yarımmüdafiəçi yeni klub axtarır.

Futbolinfo.az xəbər verir ki, “Zenit”in geri qaytarmaq isyədiyi iranlı futbolçu Avropada qalmağa cəhd göstərir. O, daha az maaşa iddialı klubların birində oynamaq niyyətindədir.

Bir ara “Milan” Sərdara maraq göstərirdi. Amma leverkuzenlilər 4 illik müqaviləsi qalan oyunçu üçün 10 milyon avro istədiyindən danışıqlar alınmadı. İndi isə “Roma” Azmuna dəvət göndərib. Qərar tezliklə verilməlidir.

Shares:
Facebook
Twitter
Telegram
WhatsApp