“Bolonya” Viktor Kristenseni heyətinə qatır. İtaliya klubu Premyer Liqanı tərk etdiyi üçün “Lester”dən ayrılmaq istəyən oyunçunu icarəyə götürür.

Futbolinfo.az xəbər verir ki, tərəflər hələlik bir illik icarə müqaviləsinə razılaşıb. A Seriyası təmsilçisi gələn il onu birdəfəlik transfer edib 4 illik müqavilə bağlamaq hüququna sahib olacaq. Hazırda klublar məbləğin müəyyənləşdirilməsi ilə məşğuldur.

20 yaşlı danimarkalının “Lester”lə 2028-ci ilin yayınadək müqaviləsi var. İngiltərəyə “Kopenhagen”dən yanvarda gələn futbolçu 14 milyon avroya transfer edilmişdi.

Shares:
Facebook
Twitter
Telegram
WhatsApp