“Kəpəz”in iki oyunçusu növbəti turu buraxacaq. Həm Mate Kvirkviya, həm də Vurğun Hüseynov zədəlidir.

Futbolinfo.az xəbər verir ki, Misli Premyer Liqasının 4-cü turunda “Qarabağ”ın qonağı olacaq gəncəlilərə Vurğunun yardım etməyəcəyi əvvəldən bəlli idi. Komandaya gəldiyi gündən zədəli olan təcrübəli futbolçu hələ bir müddət də müalicə olmalıdır. Hüseynovun əməliyyat olunması, 1,5 ay meydanlardan kənar qalması gözlənilirdi. Lakin həkimlər onu müalicə ilə qısa zamanda sıraya qaytarmağın mümkün olduğunu deyib.

Matenin vəziyyəti da yaxşıdır. “Turan Tovuz”la son ev oyununun 28-ci dəqiqəsində zədələnərək əvəzlənən gürcünü uzun müddətə sıradan çıxması ehtimalı da var idi. Lakin Kvirkviyanın müayinəsinin nəticələri “Kəpəz”in məşqçilərini sevindirib. O, yalnız bir həftə hazırlıqdan kənar qalacaq və Vurğunla birlikdə növbəti matça hazır olacaq.

Xatırladaq ki, “Qarabağ” – “Kəpəz” oyunu avqustun 27-də baş tutacaq.

Shares:
Facebook
Twitter
Telegram
WhatsApp