Səudiyyə Ərəbistanı klubları Marko Verrattini transfer etmək niyyətindən əl çəkmir. “Əl Hilal” və “Əl Əhli” israrla italiyalı yarımmüdafiəçini transfer etməyə çalışır.
Futbolinfo.az xəbər verir ki, hər iki klub 45 milyon avro təklif edib. PSJ isə yalnız 80 milyon avro ödəniləcəyi halda futbolçunu satacağını bildirib. Analitiklər isə hər iki tərəfin eyni miqdarda güzəştə getməsi ilə orta variantına tapılacağına ümid edir.
Lakin bu məsələdə futbolçunun hansı klubu seçəcəyi də önəmlidir. Şəxsi müqavilənin şərtlər Veratti üçün əsas məqamdır. Marko eyni zamanda Avropada qalmağın planlarını da cızır. Gəl ki, heç kəs ərəb klubları ilə rəqabətə girmək istəmir.