Məhəmməd Salah “Liverpul”dan ayrılmaq istəyir. “Əl İttihad”ın vazkeçilməz təklifi misirli hücumçunun fikrini dəyişib.
Futbolinfo.az xəbər verir ki, İngiltərə klubu ilə 2025-ci ilədək müqaviləsi olan 31 yaşlı misirli getmək istəyir. 2017-ci ildən “Liverpul” forması geyən oyunçu rəhbərliyə fikrini deyib. Təsadüfi deyil, Səudiyyə Ərəbistanı klubu onu dünyanın ən çox maaş alan futbolçusuna çevirmək istəyir.
Digər bir səbəb Kərim Benzema faktorudur. Keçən ay bu komandaya keçən Əlcəzair əsilli fransalı onu razı salmağa çalışır. Müsəlman futbolçular müsəlman ölkəsində birgə çıxış edə bilər.
“Liverpul” lideri ilə vidalaşmaq istəmir. Lakin həm futbolçunun israrı, həm də “Əl İttihad”ın təklif etdiyi məbləğ vəziyyəti dəyişə bilər.