“Qarabağ” bu gün növbəti avrokubok oyununa çıxıb.
Futbolinfo.az xəbər verir ki, Azərbaycan çempionu Avropa Liqasının pley-offunda ilk matçını keçirib.
Qurban Qurbanovun çalışdırdığı kollektiv Sloveniya çempionu “Olimpiya”nın qonağı olub. Çempionlar Liqası ilə vidalaşan rəqiblərin dueli Lyublyanada baş tutub. Oyun Ağdam təmsilçisinin inamlı səfər qələbəsiylə bitib.
Qeyd edək ki, bu komandalar arasında cavab matçı avqustun 31-də Bakıda keçiriləcək.
Avropa Liqası
Pley-offun ilk oyunu
24 avqust
“Olimpiya” – “Qarabağ” 0:2
Qollar: Kevin Medina, 32. Leandro Andrade, 44.
Baş hakim: Georgi Kabakov (Bolqarıstan).
Lyublyana. “Stojitse” stadionu.
Olimpiya: 69. Matevj Vidovşek, 2. Xorxe Silva, 3. David Sualehe, 14. Marsel Ratnik, 16. Ahmet Muhamedbeqoviç, 10. Timi Elşnik (k), 19. Svit Seşlar, 34. Aqustin Doffo, 99. Rui Pedro, 11. Saar Fedida, 37. Pedro Lukas
Ehtiyat oyunçular: 22. Denis Pintol, 31. Jan Maurisio, 6. Mateo Karamatiç, 8. Yustas Lasiçkas, 9. Mustafa Nukiç, 15. Marko Ristiç, 20. Nemanya Motika, 23. Dioqo Pinto, 33. Nemanya Qavriç, 43. Aylaz Krefl, 77. Aldin Yakupoviç.
Baş məşqçi: Joao Enrikes.
Qarabağ: 23. Luka Quqeşaşvili, 44. Elvin Cəfərquliyev, 81. Kevin Medina, 13. Bəhlul Mustafazadə, 27. Toral Bayramov, 6. Julio Romao, 8. Marko Yankoviç, 7. Yassin Benzia, 15. Leandro Andrade, 10. Abdullah Zubir (k), 19. Redon Cica
Ehtiyat oyunçular: 1. Şahruddin Məhəmmədəliyev, 99. Andrey Lunyov, 2. Mateus Silva, 4. Rahil Məmmədov, 5. Maksim Medvedev, 11. Adama Diakabi, 18. Hamidu Keyta, 18. Juninyo, 20. Riçard Almeyda, 83. Nihad Quliyev.
Baş məşqçi: Qurban Qurbanov.