Azərbaycan millisinin futbolçusu Mahir Emrelinin formasını geyindiyi “Dinamo” (Zaqreb) bu gün Avropa Liqasında pley-off mərhələsinin oyununa çıxıb.

Futbolinfo.az xəbər verir ki, Xorvatiya təmsilçisi Çexiya “Sparta”sını qəbul edib.

Görüş Zaqreb təmsilçisinin 3:1 hesablı əzmkar qələbəsi ilə başa çatıb.

Mahir də bu oyunun iştirakçısı olub. O, 65-ci dəqiqədə meydana buraxılıb.

Bu komandalar arasındakı cavab oyunu avqustun 31-də keçiriləcək.

Shares: