Avropa Liqasında pley-off mərhələsinin ilk oyunlarına start verilib.
Futbolinfo.az xəbər verir ki, bütün qarşşkaşmalar eyni gündə baş tutub.
“Qarabağ” səfərdə qarşılaşdığı Sloveniya “Olimpiya”sına 2 cavabsız qolla qalib gəlib.
Azərbaycanlı futbolçu Mahir Emrelinin komandası – Zaqreb “Dinamo”su da Praqa “Sparta”sı üzərində inamlı qələbəyə sevinib.
Cavab oyunları avqustun 31-də baş tutacaq.
Avropa Liqası
Pley-off mərhələsi
17 avqust
“Haken” (İsveç) – “Aberdin” (Şotlandiya) 2:2
“Slaviya” (Praqa, Çexiya) – “Zarya” (Ukrayna) 2:0
“Dinamo” (Zaqreb, Xorvatiya) – “Sparta” (Praqa, Çexiya) 3:1
“Ludoqorets” (Bolqarıstan) – “Ayaks” (Niderland) 1:4
“Olimpiya” (Sloveniya) – “Qarabağ” (Azərbaycan) 0:2
“Yunion” (Belçika) – “Luqano” (İsveçrə) 2:0
“Slovan” (Slovakiya) – “Aris” (Limasol, Kipr) 2:1
“Klaksvik” (Farer adaları) – “Şerif” (Moldova) 1:1
LASK (Avstriya) – “Zrinski” (Bosniya və Herseqovina) 2:1
“Olimpiakos” (Yunanıstan) – “Çukariçki” (Serbiya) 3:1