“Əl İttihad” Məhəmməd Salahın transferi üçün kisənin ağzını açıb. Səudiyyə Ərəbistanı klubu “Liverpul”la danışıqları dayandırmaq istəmir. İngiltərə klubu oyunçunun satışının müzakirə mövzusu olmadığını bildirsə də, asiyalılar israrlıdır.

Futbolinfo.az xəbər verir ki, “Əl İttihad” Salahın özü ilə anlaşmaq, daha sonra futbolçunun təzyiqi ilə mersisaydlıları yola gətirməyə çalışır. Misirli hücumçu hər nə qədər 2025-ci ilin yayınadək müqavilə ilə bağlı olduğu klubun qərarını gözlədiyini desə də, maaşda yeddi qat fərq var. Belə ki, İngiltərədə həftəyə 350 min funt-sterlinq qazanan Salah Ərəbistanda bu məbləği bir gündə əldə edəcək.

Salah razılıq versə, “Liverpul”u məmnun etmək üçün “Əl İttihad” istənilən fədakarlığa hazırdır. Dəqiq olan odur ki, misirli Ərəbistana getsə, ən ödənişli futbolçuya çevriləcək.

Shares: