“Mançester Yunayted”in müdafiəçisi Lük Şou cidd zədə alıb. Əzələsində problem yaşayan sol cinah müdfiəçisi uzun müddət komandasına kömək edə bilməyəcək.
Futbolinfo.az İngiltərə mətbuatına istinadla xəbər verir ki, təcrübəli oyunçu bir neçə ay yaşıl meydanlardan kənar qala bilər. Həkimlərin ilkin müayinəsindən sonra problemin ciddi olduğu aşkarlanıb.
28 yaşlı futbolçunun əməliyyata məruz qalıb-qalmayacağı tezliklə bəlli olacaq. Problem ciddi olarsa və müalicə üçün uzun müddət lazım olarsa, mançesterlilər transfer pəncərəsi bağlanana kimi yeni müdafiəçi almalı olacaqlar.