“Qarabağ” UEFA reytinqində Azərbaycanın aktivinə növbəti xalları yazdırıb. Futbolinfo.az xəbər verir ki, Ağdam təmsilçisi Avropa Liqasının pley-off mərhələsinin ilk matçında “Olimpiya”nı (Sloveniya) səfərdə 2:0 hesabı ilə məğlub edərək buna nail olub.
Bu qələbə sayəsində ölkə reytinqinə 0,250 xal əlavə olunub. Cari mövsümdəki xalların sayı 2,500, son 5 mövsümdəki əmsalı isə 16,750-yə çatan Azərbaycan reytinqdə 29-cu pillədə qalıb.
Reytinq siyahısına 89,053 xalla İngiltərə başçılıq edir. İspaniya (75,927) ikinci, İtaliya (71.569) isə üçüncü yerdə qərarlaşıb.