“Neftçi” növbəti turda Azər Əliyevin xidmətindən stifadə edə biləcək. Zədəsini sağaldan müdafiəçi komandanın son məşqlərində iştirak edib.

Futbolinfo.az xəbər verir ki, o, Avropa Konfrans Liqasının II təsnifat mərhələsi çərçivəsində avqustun 3-də keçirilmiş “Neftçi” – “Jelezniçar” matçında (2:0) zədələnmişdi. Futbolçunun qolunda hər hansı sınıq və ya başqa ciddi xəsarət olmasa da, dirsəyi bir neçə gün sarğıda qalmışdı. Müdafiəçi artıq sağalıb və baş məşqçi Adran mutunun sərəncamındadır.

Əliyev “Qəbələ” ilə matçda oynaya bilərsə, Ömər Buludov bir müddət gözləməlidir. Komandadan ayrı məşq edən müdafiəçi yalnız fərdi hazırlıqla kifayətlənir. Emil Balayev və Eddi İsrafilov isə hələ ki, məşqlərdən kənardır.

Shares: