Belçikalı vinger Jeremi Doku Fransa “Renn”indən İngiltərənin “Mançester Siti” klubuna keçib.

Futbolinfo.az xəbər verir ki, bu barədə “şəhərlilər”in mətbuat xidməti məlumat yayıb.

Tərəflər arasındakı müqavilə 2028-ci ilədək nəzərdə tutulub. “Mançester Siti” bu transfer üçün “Renn”ə 60 milyon avro ödəyəcək.

Doku 2020-ci ildən Fransa klubunda çıxış edirdu. Ötən mövsüm 35 oyuna çıxıb, 7 qol və 4 məhsuldar ötürmə ilə yadda qalıb. O həmçinin Belçika yığmasının heyətində ümumilikdə 14 oyun keçirib, 2 qol vurub.

Shares: