“Arsenal” Kiran Tirnini icarəyə göndərir. Cinah müdafiəçisi qarşıdakı mövsümü İspaniyada keçirəcək.

Futbolinfo.az xəbər verir ki, heyətini gücləndirmək üçün önəmli addımlar atan “Real Sosyedad” londonlularla razılığa gəlib. Müdafiəçi tezliklə La Liqa klubuna qoşulacaq. Tibbi müayinə yekunlaşıb, geriyə yalnız rəsmi müqavilənin imzalanması qalıb. Anlaşmada futbolçunun yayda birdəfəlik transferi barədə bənd yoxdur.

2019-cu ildə “Seltik”dən “Arsenal”a gələn şotland oyunçunun londonlularla 2026-cı iln yayınadək müqaviləsi var.

Shares: