İspaniya Futbol Federasiyasının prezidenti Luis Rubiales istefa vermək qərarına gəlib. Səbəbi isə qadın futbolçunu öpməsi ilə bağlı yaranan qalmaqaldır.

Xatırladaq ki, qurumun prezidenti dünya çempionatının finalında qələbədən sonra futbolçu Cenifer Ermosonu qucaqlayaraq dodaqlarından öpmüşdü. Bu hadisə dərhal tənqidə səbəb olmuşdu. FİFA da öz növbəsində məmura qarşı sanksiya yürütmüşdü.

COPE-nin məlumatına görə, funksioner bu gün istefa qərarını açıqlayacaq. Rubiales istefaya getmək istəmirdi. Lakin ictimaiyyətin qınağı və FİFA-nın açdığı iş onu buna məcbur edib.

Shares: