“Çelsi” Romelu Lukakunu sata bilmir. Futbolçunun qiymətinin, eyni zamanda maaşının yüksək olması səbəbindən heç kim ona sahib çıxmaq istəmir.

Futbolinfo.az xəbər verir ki, bu səbəbdən londonlular onu yenidən icarəyə verməyi düşünür. “İnter” rəhbərliyini küsdürən belçikalı indi də “Milan”da görünə bilər. “Rossonyerlər” onun birillik icarəsi üçün danışıqlara başlayıb.

Bu arada “Roma” da belçikalı üçün təklif göndərmək istəyir. Maliyyə şərtləri uyğun gələrsə, paytaxt klubu bu addımı atacaq.

“Çelsi” güzəştə getməyə razıdır. Çünki transfer pəncərəsi tezliklə bağlanacaq, Lukaku isə əvəzedici heyətlə məşq edir. Sərəncamında oyunçu sayı çox olan baş məşqçi Mauritsio Poçettinonu siyahıdan silib.

Shares: