PSJ Randal Kolo Muaninin transferindən vaz keçmir. Paris təmsilçisi transfer pəncərəsi bağlanana kimi fransalı forvardı heyətinə qatmağa çalışır.
Futbolinfo.az xəbər verir ki, “Ayntraxt” keçidə ilkin razılığını verib. Amma maliyyə baxımından daha çox qazanmaq üçün prosesi yubadır. 24 yaşlı Konqo əsilli hücumçu üçün təklif edilən 80 milyona avroluq təklifin yenilənməsi mümkündür.
Frankfurtlular Fransa millisinin üzvünün gedişinə hazır olmaq üçün özü də yeni variantlar barədə düşünür. Belə ki, Randala əvəzedici axtarışı başlayıb.