“Kəpəz” tezliklə daha bir transfer reallaşdıracaq. Gəncəlilər hücum xəttini gücləndirmək üçün axtarışdadır.

Futbolinfo.az xəbər verir ki, komandanın digər mövqelərdə də yeni oyunçulara ehtiyac var. Amma məşqçilər heyəti ilk olaraq məhz ön xətti gücləndirmək istəyir. Abdullahi Şuaybudan asılı qalan komandanın rəhbərliyi həm də nigeriyalıya rəqabət yaratmaq istəyir.

Əslində, Şuaybu özü də yarımmüdafiəəçidir və məcburiyyətdən öndə oynadılır. “Kəpəz”in Peşəkar Futbol Liqasına təqdim etdiyi siyahıda hücumçu adı yoxdur. Qurumun rəsmi saytındakı iştirak ərizəsinə baxmaqla bunu görmək olar.

Shares: