Misli Premyer Liqasında 4-cü turun oyunları keçirilir.

Futbolinfo.az xəbər verir ki, bu gün daha iki görüş baş tutacaq.

Əvvəlcə “Turan Tovuz” doğma meydanda “Səbail”lə münasibətlərinə aydınlıq gətirəcək.

Günün digər matçı lider “Zirə” ilə “Sabah” arasında baş tutacaq.

Xatırladaq ki, ilk oyun günündə “Araz-Naxçıvan”la “Sumqayıt”ın görüşü heç-heçə bitib – 1:1. Tura sabah keçiriləcək iki oyunla yekun vurulacaq.

Misli Premyer Liqası
4-cü tur
26 avqust

“Turan Tovuz” – “Səbail”
Hakimlər: Tural Qurbanov, Akif Əmirəli, Cəmil Quliyev, Nicat İsmayıllı.
Tovuz şəhər stadionu, 17:00.

“Zirə” – “Sabah”
Hakimlər: Elçin Məsiyev, Pərvin Talıbov, Kamran Bayramov, Fərid Hacıyev.
Zirə İdman Kompleksinin stadionu, 19:30.

Shares: