Ötən gecə Səudiyyə Ərəbistanı çempionatının 3-cü turunda “Əl-Fateh” – “Əl-Nəsr” görüşü keçirilib. Qonaqların oyunçusu Kriştianu Ronaldo het-trik edərək şəxsi göstəricilərini bir qədər də yaxşılaşdırıb.

Futbolinfo.az xəbər verir ki, oortuqaliyalı forvard üçün bu het-trik onun peşəkar karyerasında 63-cü olub. Bu, aktiv oyunçular arasında ən rekorddur. İkinci yerdə Lionel Messi (İnter Mayami) qərarlaşıb – 57 het-triki var.

Ronaldo klub səviyyəsində 53, Portuqaliya millisində isə 10 het-trik edib.  Maraqlıdır ki, 30 yaşına kimi 30 het-trik edən hücumçu 30 yaşdan sonra 33 dəfə buna nail olub.

Shares: