Futbol üzrə Niderland birinci divizionunda 3-cü turun oyunları keçirilib.

Futbolinfo.az xəbər verir ki, Azərbaycan milli komandasının yarımmüdafiəçisi Ozan Can Kökçünün formasını geyindiyi “Eyndhoven” də növbəti matçına çıxıb.

Sözügedən kollektiv evdə “Breda” ilə qarşılaşıb. Futbolçumuzun komandası 2:0 hesabıyla qalib gəlib.

Ozan da bu görüşün iştirakçısı olub. O, start heyətdə meydana çıxıb və 76-cı dəqiqədə əvəzlənib.

“Eyndhoven” hazırda 4 xalla 20 kollektiv arasında 5-ci pillədə qərarlaşıb.

Shares: