Avqustun 25-də Macarıstanda keçirilən atletika üzrə dünya çempionatında dörd dəst medal oynanılıb. Ən diqqətçəkən məqam amerikalı Noa Laylzın 200 metr məsafəyə qaçışda qələbəsi olub. ABŞ-li atlet 100 metrdən sonra 2-ci sprintdə də qalib gəlməklə “qızıl dubl” edib.
Atletika. Dünya çempionatı. Budapeşt, Macarıstan.
Qadınlar. Üç təkanla tullanma
1. Yulimar Roxas (Venesuela) – 15,08 m.
2. Marina Bex-Romançuk (Ukrayna) – 15,00.
3. Leyanis Peres Hernandes (Kuba) – 14,96.
Qadınlar. Nizəatma
1. Haruka Kitaquçi (Yaponiya) – 66,73 m.
2. Flor Denis Ruiz Hurtado (Kolumbiya) – 65,47.
3. Makkenzi Littl (Avstraliya) – 63,38.
Qadınlar. 200 metr
1. Şerika Cekson (Yamayka) – 21,41 san.
2. Qabriel Tomas (ABŞ) – 21,81.
3. Şa’Karri Riçardson (ABŞ) – 21,92.
Kişilər. 200 metr
1. Noa Layls (ABŞ) – 19,52 san.
2. Herrion Neyton (ABŞ) – 19,75.
3. Letsil Teboqo (Botsvana) – 19,81.
Bu gün çempionatda daha 7 dəst medal sahibini tapacaq. Yarışların təqvimi:
9:00. Qadınlar. marafon.
12:05. Dekatlon. 110 m maneələrlə qaçış.
12:25. Qadınlar. Kürəatma.
13:00. Dekatlon. Diskatma.
14:00. Dekatlon. Şüvüllə tullanma.
21:05. Dekatlon. Nizəatma.
21:25. Kişilər. Şüvüllə tullanma.
22:15. Qadınlar. Kürəatma.
22:30. Kişilər. 800 m. Final.
22:50. Qadınlar. 5000 m. Final.
23:25. Dekatlon. 1500 m.
23:40. Kişilər. Estafet 4×100 m. Final.
23:53. Qadınlar. Estafet 4×100 m. Final.