Tarixin ən güclü snuker ustası Ronni O’Sullivan Nürnberqdə keçirilən “Avropa Masters” turnirinin yekun nəticəsindən asılı olmayaraq, dünya reytinqində birinci yerini qoruyub saxlayacaq.

Xatırladaq ki, Ronni tibbi səbəblərə görə turnirdə iştirakdan imtina etmişdi. Bununla da belçikalı Luka Bresel və şimali irlandiyalı Mark Allenə ötmək şansı vermişdi.

Bunun üçün Bresel yarımfinala yüksəlməli idi. Lakin o, 1/4 finalda ingilis Barri Hokinsə 4:5 hesabı ilə məğlub olub. Allen 1-ci sıraya yüksəlmək üçün turnirdə qalib gəlməli idi. O isə yarışın ilk mərhələsində tailandlı Tepçaya Un-Nuha 0:5 hesabı ilə məğlub olmuşdu.

Turnirin yarımfinal mərhələsinə bu gün start veriləcək. Mark Selbi Barri Hokinslə qarşılaşacaq, Cad Tramp isə Con Higginslə üz-üzə gələcək.

Shares: