“Alfa Tauri” komandasının pilotu Daniel Rikkardo Formula 1 üzrə Niderland qran-prisini buraxacaq. Avstraliyalı pilot dünən keçirilən 2-ci sərbəst yürüşlərdə qəzaya uğrayıb. Nəticədə sürücünün biləyi qırılıb.

Birvaxtlar Azərbaycan qran-prisində qələbə qazanmış Danieli “Super-Formula”nın sürücüsü Liam Louson əvəz edəcək. Yeni zelandiyalı “Red Bull” komandasının ehtiyat sürücüdür. 21 yaşlı pilot üçün Niderland qran-prisi Formula 1-də debut olacaq. Louson hazırda “Super-formula”da 2-ci yerdədir. Keçən il isə o, Formula 2 yarışlarında ümumi sıralamada 3-cü yeri tutmuşdu.

Xatırladaq ki, Niderland qran-prisinin təsnifat mərhələsi bu gün keçiriləcək.

Shares: