Azərbaycan Premyer Liqasında 4-cü turun oyunları keçirilir.

Futbolinfo.az xəbər verir ki, bu gün daha iki görüş baş tutub.

Əvvəlcə “Turan Tovuz” doğma meydanda “Səbail”lə münasibətlərinə aydınlıq gətirib. Dörd qolun qeydə alındığı oyun qonaqların qələbəsiylə yekunlaşıb.

Günün digər matçı lider “Zirə” ilə “Sabah” arasında baş tutacaq.

Xatırladaq ki, ilk oyun günündə “Araz-Naxçıvan”la “Sumqayıt”ın görüşü heç-heçə bitib – 1:1. Tura sabah keçiriləcək iki oyunla yekun vurulacaq.

Azərbaycan Premyer Liqası
4-cü tur

26 avqust

“Turan Tovuz” – “Səbail” 1:3
Qollar: Roderik Miller, 84 – Aleksandr Ramalinqom, 5. Yusif Nəbiyev, 62. Ağabala Ramazanov, 90.
Hakimlər: Tural Qurbanov, Akif Əmirəli, Cəmil Quliyev, Nicat İsmayıllı.
Tovuz şəhər stadionu, 17:00.

Turan Tovuz: 13. Aydın Bayramov, 4. Şəhriyar Əliyev (k), 2. Sertan Taşkın, 10. Xəyal Nəcəfov, 77. Fərid Nəbiyev, 5. Roderik Miller, 8. Piruz Marakvelidze, 23. Alexandro Serrano, 25. Denis Marandiç, 6. Bruno Qonçalves, 79. Martin Petkov.
Ehtiyat oyunçular: 1. Tərlan Əhmədli, 85. Kamal Bayramov, 3. Tərlan Quliyev, 14. Slavik Alxasov, 39. Sadiq Quliyev, 18. Budaq Nəsirov, 88. Faiq Hacıyev, 99. Veysəl Rzayev, 60. Səbayıl Bağırov, 9. Belaydi Pusi, 80. Otto Con, 11. Ayxan Hüseynov.
Baş məşqçi: Ayxan Abbasov.
Səbail
: 1. Səlahət Ağayev, 6. Cabir Əmirli (k), 74. Yusif Nəbiyev, 8. Bahadur Həziyev, 88. Valdemar Almeyda, 4. Adi Mehremiç, 99. David Qomis, 90. Aleksandr Ramalinqom, 27. Pedro Nuno, 55. Nir Bardea, 44. Yadin Luqasi.
Ehtiyat oyunçular: 12. Hüseynəli Quliyev, 9. Amil Yunanov, 10. Ağabala Ramazanov, 17. Rafael Məhərrəmli, 18. Süleyman Əhmədov, 11. Rüfət Abdullazadə, 19. Samir Abdullayev, 21. Anas Najah.
Baş məşqçi: Şahin Diniyev.

Shares: