“Everton” müdafiəçisi Meyson Holqeyti “Sauthempton”a icarəyə verib.

Futbolinfo.az “müqəddəslər”in rəsmi saytına istinadən xəbər verir ki, 26 yaşlı futbolçu ilə bir illik müqavilə imzalanıb.

İngiltərəli futbolçu 2022/23 mövsümündə Mersisayd təmsilçisinin heyətində 9 oyuna çıxıb.

Xatırladaq ki, “Sauthempton” Çempionşipin turnir cədvəlində 7 xalla (2 qələbə, 1 heç-heçə) 5-ci pillədə qərarlaşıb.

Shares: