“Sabah”a transfer olunacağı gözlənilən Ayaz Quliyev Bakıya gəlib. Bakı klubunun sosial şəbəkə hesablarında transferinin anonsu verilən yarımmüdafiəçi hazırda Zirədədir.
Futbolinfo.az xəbər verir ki, Rusya vətəndaşı olan azərbaycanlı futbolçu Misli Premyer Liqasının 4-cü turunun “Zirə” – “Sabah” oyununu stadiondan izləyir. 26 yaşlı oyunçu “Sabah” rəhbərliyi ilə birgə qəsəbə stadionunun tribunalarında əyləşib.
“Ximki”nin yarımmüdafiəçisinin yaxın günlərdə “Sabah”la rəsmi müqavilə imzalayacağı gözlənilir.