“Sabah”ın məşqçisi Artur Olenin ölkə çempionatının 4-cü turunun “Zirə” ilə görüşü haqda (0:1) danışıb.

Futbolinfo.az xəbər verir ki, o, ilk hissəyə pis başladıqlarını deyib:

“Buraya qələbə üçün gəlmişdik. Birinci hissəyə pis başladıq. Fasilədən sonra oyuna nəzarət edən tərəf biz idik.

Düşünmürəm ki, “Neftçi” ilə oyunda ruh düşkünlüyü yaşadıq. “Neftçi” pis komandadır ki? Gəlin, bu oyun haqda danışaq. Qeyd etdiyiniz oyunlarda baş verənlər həmin oyunlarda qaldı.

Öncədən dediyim kimi, diqqətimizi oyuna yönəldə bilmirdik. Qol fürsətlərimiz çox oldu, onlardan yararlana bilmədik. Əsas məsələ son nöqtəni qoya bilməməyimizdir.

Mən yalnız oyun haqda danışa bilərəm. Ayaz Quliyevə dair suallarınızı növbəti dəfə Musayevə verə bilərsiniz.

Əlbəttə, start heyəti baş məşqçi və məşqçilər korpusu müəyyənləşdirmişdi. Tellur “Neftçi” ilə oyunda özünü yaxşı tərəfdən göstərmişdi. Bu səbəbdən ona bu matçda şans verdik”.

Shares:
Facebook
Twitter
Telegram
WhatsApp