Bu il qadın tennisçilərin yekun turniri Çexiyada keçirilə bilər. Bu barədə Sindi Şmerler məlumat verib. Onun sözlərinə görə, turnirin Ostravaya, oradan da Praqaya köççəsi mümkündür.

Jurnalistin qeyd etdiyinə görə, belə olan halda mükafat fondu 10 milyon dollar təşkil edəcək.

Bundan əvvəl finalın Səudiyyə Ərəbistanında keçiriləcəyi bildirilirdi. Mükafat fondu da 14-15 milyon dollar təşkil etməliydi.

Əlavə edək ki, bir müddət əvvəl əfsanəvi tennisçi Martina Navratilova turnirin Səudiyyə Ərəbistanında keçirilməsinə qarşı çıxmış və bunu ağılsızlıq adlandırmışdı. Keçmiş tennisçi qadınların hüquqlarının qorunmadığına görə Səudiyyə Ərəbistanında belə bir turnirin təşkilinə əngəl olmağa çalışır.

Shares: