Bu gün Misli Premyer Liqasında 4-cü tura yekun vurulacaq.

Futbolinfo.az xəbər verir ki, sonuncu oyun günündə də iki qarşılaşma baş tutacaq.

Əvvəlcə “Neftçi” doğma meydanda “Qəbələ”ni qəbul edəcək.

Turun son matçında “Qarabağ”la “Kəpəz” üz-üzə gələcək.

Xatırladaq ki, daha öncə “Araz-Naxçıvan”la “Sumqayıt” heç-heçəyə razılaşıb – 1:1. “Turan Tovuz” evdə “Səbail”ə 1:3, “Sabah” isə “Zirə”yə 0:1 hesabıyla məğlub olub.

Misli Premyer Liqası
4-cü tur
27 avqust

“Neftçi” – “Qəbələ”
Hakimlər: Rəşad Əhmədov, Rahil Ramazanov, Şirmamed Mamedov, Rauf Allahverdiyev
Hakim-inspektor: Barış Şimşek
AFFA nümayəndəsi: Bəhram Qurbanov
“Neftçi Arena”, 18:30

“Qarabağ” – “Kəpəz”
Hakimlər: Əli Əliyev, Zeynal Zeynalov, Vüsal Məmmədov, Rəvan Həmzəzadə
Hakim-inspektor: Ceyhun Haşımov
AFFA nümayəndəsi: Mahal Məmmədov
“Azersun Arena”, 20:45

Shares:
Facebook
Twitter
Telegram
WhatsApp