Lionel Messi “İnter Mayami” ilə MLS-də debüt edib. Argentinalı hücumçu 26-cı turda “Nyu-York Red Bulls”a qarşı matçda meyda çıxıb.

Görüş “İnter Mayami”nin 2:0 hesablı qələbəsi ilə başa çatıb. Messi 60-cı dəqiqədə meydana daxil olub və 89-cu dəqiqədə komandasının 2-ci qolunun müəllifi olub.

Beləliklə, “İnter Mayami” MLS-də 11 matçlıq məğlubiyyət seriyasına son qoyub. Komanda hazırda çempionatda 21 xalla 14-cü, “Nyu York Red Bulls” isə 29 xalla 11-cidir.

Qeyd edək ki, Messi ABŞ klubunda meydana çıxdığı 9 oyunda 11 qol vurub. O, daha öncə kubok yarışında fərqlənmişdi.

Shares:
Facebook
Twitter
Telegram
WhatsApp