“Neftçi”nin baş məşqçisi Adrian Mutu Azərbaycan Premyer Liqasının 4-cü turunun “Qəbələ” ilə oyunundan sonra (2:0) mətbuat konfransında iştirak edib.
Futbolinfo.az xəbər verir ki, o, çətin matç olduğunu diqqətə çatdırıb:
“Çətin oyun oldu. Üç xal qazandıq. Meydançada azlıqda qalsaq da, rəqibdən yaxşı mübarizə apara bildik. Kenni Sayefin oyununda problemlərin olduğunu düşünmürəm. Həmin mövqe üçün transfer etməyi düşünmürük. Başqa mövqelər üçün yeni transferlər etmək məqsədilə danışıqlar gedir.
Qarşımıza qoyulan məqsədlərə çata bilərik. Avrokuboklardan kənarda qalmışıq. Daha çox işləmək və yola uğurlu davam etmək lazımdır.
Rumıniyalı futbolçu gətirə bilməməyimizin səbəbi xoşuma gələnin olmamasıdır. Bəyəndiyim oyunçunun transfer məbləği isə olduqca yüksək olur.
Gənc oyunçular haqda vəziyyətləri şərh etmək istəmirəm. Rza Cəfərov gələcəkdə Azərbaycan üçün gərəkli oyunçu olacaq. Rəhman Hacıyev çox yaxşı oyun nümayiş etdirir. Məşqlərdə də fərqlənir. Bundan sonra daha da yaxşı çıxış edəcəyinə ümid edirəm”.