İngiltərə Premyer Liqasında 3-cü tura yekun vurulub.
Futbolinfo.az xəbər verir ki, son gündə daha 3 görüş baş tutub.
“Börnli” – “Aston Villa” matçı qonaqların inamlı qələbəsiylə yekunlaşıb. “Mançester Siti” səfərdə “Şeffild Yunayted” üzərində çətin qələbəyə sevinib. “Nyukasl”ın qonağı olan “Liveprul” da turu əzmkar qələbə ilə başa vurub.
3 turdan sonra “Mançester Siti” 9 xalla zirvədə qərarlaşıb. “Vest Hem”, “Tottenhem”, “Liverpul” və “Arsenal” 7 xal toplayıblar.
İngiltərə Premyer Liqası
3-cü tur
25 avqust
Çelsi – Luton Taun 3:0
Qollar: Sterlinq, 17; 69. N.Cekson, 75.
26 avqust
Bornmut – Tottenhem 0:2
Qollar: Meddison, 17. Kuluşevski, 63.
Arsenal – Fulhem 2:2
Qollar: Saka, 70-pen. Nketia, 72 – A.Pereyra, 1. Palinya, 87.
Brentford – Kristal Pelas 1:1
Qollar: Şade, 18 – Andersen, 76.
Everton – Vulverhempton 0:1
Qol: Kalaydziç, 87.
Mançester Yunayted – Nottingem Forest 3:2
Qollar: Eriksen, 17. Kazemiro, 52. B.Fernandes, 76 – Avoniyi, 2. Boli, 4.
Brayton – Vest Hem 1:3
Qollar: Qross, 81 – Uord-Prouz, 19. Bouen, 58. Antonio, 63.
27 avqust
Börnli – Aston Villa 1:3
Qollar: Foster, 47 – Kaş, 8; 20. Diabi, 61.
Şeffild Yunayted – Mançester Siti 1:2
Qollar: Boqle, 85 – Haland, 63. Rodri, 88.
Nyukasl – Liveprul 1:2
Qollar: Qordon, 25 – Nunez, 81; 90+3.