Fransa çempionatında 3-cü tura yekun vurulub.

Futbolinfo.az xəbər verir ki, son gündə daha altı qarşılaşma baş tutub.

“Renn” – “Havr” və “Nitsa” – “Olimpik” (Lion) matçlarında qalib müəyyənləşməyib. “Klermon” evdə “Mets”ə, “Monpelye” isə “Reyms”ə uduzub. “Strasburq” “Tuluza”nı, “Loryan” da “Lill”i məğlub yola salıb.

Hazırda “Monako” və Marsel “Olimpik”i ilk iki pilləni bölüşürlər. “Reyms”, “Brest” və “Strasburq”un 6 xalı var. “Renn”, “Loryan” və PSJ isə 5 xal toplayıblar.

Fransa, Liqa 1
3-cü tur

25 avqust

Nant – Monako 3:3
Qollar: M.Məhəmməd, 5-pen; 48. Kastelyetto, 15 – Minamino, 27. Ben Yedder, 58. Boadu, 85.

26 avqust

Olimpik (Marsel) – Brest 2:0
Qollar: Mbemba, 4. Sarr, 65.

PSJ – Lans 3:1
Qollar: M.Asensio, 45. Mbappe, 52; 90 – Gilavoqi, 90+4.

27 avqust

Renn – Havr 2:2
Qollar: Blas, 10. Vu, 24 – Alui, 40; 70.

Klermon – Mets 0:1
Qol: Mikautadze, 69.

Monpelye – Reyms 1:3
Qollar: Əl-Tamari, 45+3 – Abdelhamed, 8. Teuma, 41; 56.

Strasburq – Tuluza 2:0
Qollar: Emeqa, 52. Belleqrad, 89.

Loryan – Lill 4:1
Qollar: Abergel, 9. Ponseau, 10. Favr, 62. Le Qoff,67

Nitsa – Olimpik (Lion) 0:0

Shares: