Türkiyə Super Liqasında 3-cü turun növbəti oyunları keçirilib.

Futbolinfo.az xəbər verir ki, bu gün daha 3 görüş baş tutub.

“Alanyaspor” – “Hatayspor” və “Fatih Karagümrük” – “Ankaragücü” matçlarında qalib müəyyənləşməyib. “Kayserispor” isə evdə “Samsunspor” üzərində qələbəyə sevinib.

Bu turun “İstanbulspor” – “Qalatasaray”, “Fənərbaxça” – “Başakşəhər” və “Adana Dəmirspor” – “Beşiktaş” oyunları təxirə salınıb.

Türkiyə Super Liqası
3-cü tur

25 avqust

Konyaspor – Qaziantep 2:0
Qollar: Gilyerme, 69. Muriç, 90+5.

26 avqust

Kasımpaşa – Pendikspor 1:1
Qollar: Vink, 81 – Romero, 45+7.

Trabzonspor – Rizəspor 2:3
Qollar: Bakasetas, 58-pen. E.Destan, 83 – Moçsi, 20. B.Keser, 43; 66.

Sivasspor – Antalyaspor 1:1
Qollar: Q.Rodriqes, 36 – Larsson, 10.

27 avqust

Fatih Karagümrük – Ankaragücü 1:1
Qollar: Roden, 44 – E.Bəkiroğlu, 57.

Kayserispor – Samsunspor 2:1
Qollar: Uzodimma, 16. Tiam, 38 – Marius, 21.

Alanyaspor – Hatayspor 0:0

Shares: