Azərbaycan millisinin futbolçusu Murad Xaçayev “Sumqayıt”ın heyətində yubiley oyununu keçirib.
Futbolinfo.az xəbər verir ki, 4-cü turda “Araz-Naxçıvan”la (1:1) keçirilən görüş 25 yaşlı yarımmüdafiəçinin “gənclik şəhəri” təmsilçisinin heyətində bütün turnirlərdə meydana çıxdığı 100-cü matç olub.
Bunun 87-si Premyer Liqa, 11-i Azərbaycan Kuboku, 2-si isə avrokuboklara təsadüf edib. Xaçayev həmin qarşılaşmalarda 6 qol vurub, 7 məhsuldar ötürmə verib.