Azərbaycanın tanınmış futbol mütəxəssisi Nazim Süleymanovun yeni iş yeri müəyyənləşib. 58 yaşlı mütəxəssis yeni mövsümdən I Liqada yarışacaq “İrəvan” klubunun baş məşqçisi təyin olunub.

Futbolinfo.az xəbər verir k, onunla 2 illik müqavilə imzalanıb.

Qeyd edək ki, Süleymanov son olaraq Rusiyanın “Ximki” klubunun U-19 komandasını çalışdırıb. O, vaxtilə “Neftçi” və AZAL komandalarında, aşağı yaş qrupundan olan millilərimizə də rəhbərlik edib.

Shares: