İspaniya Futbol federasiyasının prezidenti Luis Rubiales istefa vermək istəmir. Hətta FİFA tərəfindən müvəqqəti olaraq futbol fəaliyyəti qadağan olunan bu şəxs özünü müdafiə edir.

Futbolinfo.az xəbər verir ki, çempion olan qadın futbol yığmasının üzvünü dodağından öpməsinə görə qınanan futbol funksionerinə qarşı kütləvi təzyiqlər var.

Bu məqamda Rubialesin anası oğlunun müdafiəsinə qalxıb. O, oğluna qarşı insanlığa sığmayan təzyiqlərin olduğunu bildirərək aclıq aksiyasına başlayıb. Özünü “Divina Pastora de Motril” kilsəsinə qapadan ana Luisə qarşı tənqidlərin dayandırılmasını istəyir.

Shares: