“Ümid edirəm ki, qələbə qazanmağa davam edəcəyik. Bu, bizim hədəfimizdir”. Bu sözləri futbolinfo.az-a açıqlamasında “Zirə”nin hücumçusu Salifu Suma deyib.
Qvineyalı forvard Misli Premyer Liqasının 4-cü turunda “Sabah”a 1:0 hesabı ilə qalib gəldikləri matçdan danışıb: “Bizim yaxşı komandamız var və hədəfimiz böyükdür. 4 matçda qalib gəlmişik və bu cür də davam edirik. “Sabah” güclü rəqibdir, lakin evdə onları məğlub etməyi bacardıq”.
20 yaşlı oyunçu Azərbaycana adaptasiya olduğunu da sözlərinə əlavə edib: “Burada özümü çox yaxşı hiss edirəm. Artıq çempionatda bir qol da vurmuşam. Biz bu komanda ilə daha yaxşı nəticələr qazanacağıq”.